AZ

Nadir İmanova yüksək vəzifə verildi

Nadir İmanov 1 aprel 2026-cı il tarixindən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib. O hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir.

 

Yeni vəzifəsində Nadir bp-nin AGT regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq. O, bp-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.

 

Nadir bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. Kolin isə 1 aprel tarixindən Birləşmiş Krallığa qayıdacaq.

 

Bu vəzifədə Nadir bp-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidenti kimi AGT üzrə regional rəhbər heyətin üzvü olacaq.

 

Nadirin 30 ildən artıq planlaşdırma və kommersiya sahəsində təcrübəsi var və əksərən də bp əməkdaşı kimi Azərbaycan, Türkiyə, Misir və Omanda çalışmaqla həmin ölkələrdə böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.

Tarix: 27 Fevral 2026, 10:17   
Seçilən
11
pravda.az

1Mənbələr