AZ

Psixotrop maddənin təsiri altında maşın idarə edən şəxs həbs olundu

BİLƏSUVAR, 28 fevral. TELEQRAF

Biləsuvar rayonu ərazisində yol hərəkəti qaydalarını pozan “VAZ 21214” markalı avtomobilin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Teleqrafın Cənub bürosunun məlumatına görə, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Ə.Ağazadənin sürücülük hüququnun olmadığı müəyyən edilib.

Polis əməkdaşlarında sürücünün narkotik vasitədən istifadə etməsi ilə bağlı şübhə yarandığından o, tibbi müayinəyə cəlb olunub. Müayinə nəticəsində həmin şəxsin psixotrop maddə – metamfetamin qəbul etdiyi üzə çıxıb.

Faktla bağlı toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə Ə.Ağazadə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
30
teleqraf.com

1Mənbələr