AZ

İrana mümkün hücumun uzunmüddətli müharibəyə çevrilməsi ehtimalı azdır - Vens

"İranla bağlı həm hərbi, həm də diplomatik variantlar hələ də masadadır".Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "Washington Post" qəzetinə verdiyi müsahibədə danışıb.Vens ABŞ Prezidenti Donald Trampın İranla bağlı hansı qərarı verəcəyini bilmədiyini deyib və mümkün variantlar kimi həm hərbi hücumları, həm də diplomatik həlləri göstərib."Yaxın Şərqdə illərlə davam edəcək və sonu görünməyən bir müharibədə olma ehtimalımız yoxdur. Düşünürəm ki, hamımız diplomatik varianta üstünlük veririk. Amma bu, iranlıların nə edib-etməsindən asılıdır",- Vens bildirib.İlahə QənbərliMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr