Bakı, 27 fevral, AZƏRTAC
Bu gün minifutbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olacaq.
Avropa çempionatı
I səbət: Slovakiya, Rumıniya, Azərbaycan, Serbiya, Qazaxıstan, Bolqarıstan
II səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan
III səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya
IV səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.