AZ

Yüksək Liqanın XV turunda iki qarşılaşma baş tutacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV turun daha iki oyunu baş tutacaq.

"Far.Az"un məlumatına görə, hər iki qarşılaşma saat 17:00-da start götürəcək.

"Milli Aviasiya Akademiyası" "Turan"ı qəbul edəcək. Görüş "Milli Aviasiya Akademiyası"nın idman zalında keçiriləcək.

"Gənclər" isə UNEC-lə münasibətlərə aydınlıq gətirəcək. Matç UNEC-in idman zalında təşkil ediləcək.

Xatırladaq ki, XV turda daha əvvəl "Abşeron" "Murov Az Terminal"ı (3:1),"DH Volley" "Gəncə"ni (3:2) məğlub edib.

Seçilən
12
2
far.az

3Mənbələr