AZ

Deputat dövlət rəhbərliyi və ailə üzvlərinə qarşı böhtan hallarından danışıb Naqif Həmzəyev

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Naqif Həmzəyev böhtan xarakterli məlumatların yayılmasının artdığını bildirərək bu halların qarşısının alınması üçün yeni hüquqi mexanizmlərin yaradılmasını təklif edib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin iclasında çıxış edən deputat qeyd edib ki, sosial şəbəkələrdə təhqir və böhtan xarakterli paylaşımların sayı artır, bu isə ayrı-ayrı şəxslərin nüfuzuna zərər vurur.

Onun sözlərinə görə, bəzi hallarda xaricdən Azərbaycana qarşı informasiya hücumları həyata keçirilir, o cümlədən dövlət rəhbərliyi və ailə üzvləri barədə böhtan xarakterli məlumatlar yayılır.

Deputat əlavə edib ki, bəzi ölkələrdə sosial şəbəkələrə məhdudiyyətlər tətbiq olunduğu halda, Azərbaycanda bu sahədə hər hansı ciddi qadağalar mövcud deyil.

Naqif Həmzəyev son olaraq qeyd edib ki, bu istiqamətdə hüquqi tənzimləmələr müzakirə edilə bilər.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
icma.az

3Mənbələr