AZ

Pakistan Talibana müharibə elan etdi - ərhəddə ağır itkilər var

Pakistanın müdafiə naziri Xəvacə Məhəmməd Asif İslamabadın Əfqanıstandakı Taliban hökumətinə qarşı açıq müharibə elan etdiyini bildirib.

Missiya.Az xəbər verir ki, o bu barədə özünün “X” sosial media hesabında pyalaşım edib.

“Artıq sizinlə açıq müharibə aparacağıq. Bu, qanlı müharibə olacaq”, - deyə siyasətçi vurğulayıb.

O, Taliban rəhbərliyini Əfqanıstanı “Hindistanın koloniyasına çevirməkdə” və “terrorçuları toplayaraq terroru ixrac etməkdə” ittiham edib.

Pakistanın informasiya naziri Attaullah Tarar isə sərhəd toqquşmaları zamanı ən azı 133 əfqan hərbçisinin öldürüldüyünü, 200-dən çoxunun yaralandığını deyib.

Onun sözlərinə görə, 27 hərbi post məhv edilib, 9-u ələ keçirilib, 80-dən çox hərbi texnika, o cümlədən tanklar, artilleriya qurğuları və zirehli texnika zərər görüb.

Əfqanıstan tərəfi isə bu iddiaları təkzib edərək, döyüşlərdə 55 Pakistan əsgərinin öldürüldüyünü açıqlayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
50
1
missiya.az

10Mənbələr