AZ

Kiyev işğal edilsəydi, indi rus generalları İrəvanda oturmuşdular - Arakelyan

BAKI, 27 fevral. TELEQRAF

“Rusiya onillikləri boyu Ermənistanda sahib olduğu gücünü geri qaytarmaq üçün hər şeyə əl atacaq”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi analitik Baqrat Arakelyan deyib.

“Bu gün blok yaradaraq Moskvanın maraqlarını müdafiə edən və hakimiyyəti ələ keçirməyə çalışan rusiyameyilli qüvvələrin məqsədi odur ki, yenidən Ermənistanın nə edib-etməməli, hansı sənədi imzalayıb-imzalamamalı olduğunu Rusiya müəyyən etsin. Amma bu gün Ermənistan üçün Rusiyanın təsirindən çıxmaq, iqtisadi-hərbi baxımdan güclənmək üçün unikal imkan pəncərəsi açılıb, bu fürsətdən istifadə olunmalıdır.

Əgər Rusiyanın başı Ukraynada qarışmasaydı və planlaşdırdığı kimi Kiyevi üç günə işğal etsəydi, bu gün artıq rus generalları İrəvanda oturmuşdular və rusiyameyilli siyasi liderlərə nə yazmaq, nə imzalamaq lazım olduğunu deyirdilər, hətta arada siqaret almağa da göndərirdilər”, - o bildirib.

Arakelyan əlavə edib ki, məhz Ukraynadakı durum sayəsində bu xüsusi imkan pəncərəsi yaranıb və Ermənistanın onu əldən verməyə haqqı yoxdur.

Seçilən
3
teleqraf.com

1Mənbələr