AZ

Aİ Belarusun Rusiyaya dəstəyinə görə sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Rusiyanı dəstəklədikləri əsas gətirilərək 54 fiziki şəxsə və 7 quruma qarşı sanksiya qərarı qəbul edib.

Editor.az xəbər verir ki, bu barədə qərar Avropa İttifaqı Şurasının Mətbuat Xidməti tərəfindən yayımlanıb və Avropa Birliyinin Rəsmi Qəzetində dərc olunan müvafiq sənədlə qüvvəyə minib.

Məlumata görə, Ukraynadakı fəaliyyətlərində Rusiyaya “dəstək verdikləri” iddiası ilə Belarusun 54 təhlükəsizlik rəsmisinə, o cümlədən xüsusi təyinatlı qüvvələrin komandirləri və zabitlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.

Hazırda Aİ-nin sanksiya siyahısında Belarusun ən iri müəssisələri – Belaruskali, Grodno Azot və Belshina da daxil olmaqla, ümumilikdə 35 şirkət yer alır. Qeyd edək ki, 2024-cü ildə Avropa İttifaqı Məhkəməsi Belshinaya tətbiq olunan sanksiyaları ləğv etmişdi, lakin hazırda həmin məhdudiyyətlər yenidən qüvvəyə minib.

Bildirilib ki, tətbiq olunan məhdudiyyətlərin müddəti 28 fevral 2027-ci il tarixinədək uzadılıb.

// Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr