AZ

WUF13.az saytı təqdim edildi

BAKI, 27 fevral. TELEQRAF

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının WUF13.az saytı istifadəçilərə təqdim edilib.

Teleqraf xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Rəqəmsal Marketinq şöbəsinin rəhbəri Elnur Mirzəzadə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, WUF13 Forumu üçün saytda əhatəli səfər bölməsi və başqa bir neçə bölmə yaradılıb.

"Saytda şəhərdaxili nəqliyyat məsələsinə də toxunulub. Saytın vizual tərtibatında milli üslubla müasir dizayn elementlərinin sintezinə üstünlük verilib. Səhifədə tədbirin şüarı yerləşdirilib, həmçinin media nümayəndələrinin məlumat əldə etməsi üçün xəbərlər bölməsi təqdim olunur”, - o vurğulayıb.

Seçilən
4
6
teleqraf.com

7Mənbələr