AZ

Kirill Budanov: “Ukraynalılar güzəştə getməyəcəklər”

AzVision.az xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov “Al-Modon” nəşrinə müsahibəsində belə deyib.

Siyasətçi bildirib ki, ərazi məsələsi Cenevrədə Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirak etdiyi son danışıqlarda əsas məsələ olaraq qalıb. O, ərazi bütövlüyü məsələsində Kiyevin mövqeyinin qəti olduğunu vurğulayıb.

“Ərazilər əsas məsələdir. Qalan hər şey ikinci dərəcəlidir. Əminəm ki, Ukrayna xalqı torpaqlarımızla bağlı istənilən planı rədd edəcək. İşğal olunmuş bütün ərazilər müvəqqəti işğal altında qalacaq və zamanla qaçılmaz şəkildə azad ediləcək”, – Budanov bildirib.

Rusiyanın 2026-cı il üçün planlarından danışan Ukrayna Prezidenti Ofisinin rəhbəri diqqətə çatdırıb ki, Moskvanın bəzi bölgələri döyüşsüz nəzarətə götürərək genişlənmək istəyindən əl çəkəcəyini düşünmək sadəlövhlük olardı. Buna görə də yeganə əsl maneə Ukrayna ordusudur.

-On iki illik müharibədə Rusiya Ukraynanın heç bir bölgəsini tamamilə işğal edə bilməyib və əminəm ki, bu vəziyyət gələcəkdə də dəyişməyəcək”, – Budanov söyləyib.

Siyasətçi həmçinin Vaşinqtonun Ukraynadakı müharibənin bitməsi üçün son tarix müəyyən etmədiyini də bildirib.

“Davam edən danışıqlar çox mürəkkəb və çoxşaxəli bir prosesdir və onların başa çatması üçün hər hansı dəqiq son tarix müəyyən etmək mümkün deyil. Əlbəttə ki, biz onları sürətləndirmək üçün əlimizdən gələni edirik”,– Kirill Budanov deyib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
13
1
azvision.az

2Mənbələr