BAKI, 27 fevral. TELEQRAF
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) zamanı əsas istiqamətlərdən biri ölkəyə səfər edən qonaqlara Azərbaycanın tanıdılması məsələsidir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, bunun üçün işğaldan azad edilmiş ərazilər də daxil olmaqla ölkə ərazilərinə səfər üçün marşrutlar təyin edilib.
"Otellərdə müstəqil fəaliyyət göstərən 200 iaşə obyekti üçün xüsusi menyular tərtib edirik. Bunları otellərə təqdim edirik və onlar da qonaqlara təqdim edə bilərlər. Otelçilik üçün həm rəhbərlik, həm də işçi səviyyəsində xüsusi təlimlərin keçirilməsinə başlayırıq", - o vurğulayıb.