AZ

Deputat təcili yardım rəhbərliyinə əsəbləşdir - Bu nə yiyəsizlikdir?

Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı Ombudsmanın 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı Azərbaycanda təcili tibbi yardım və regional səhiyyə xidmətlərindəki çatışmazlıqlara diqqət çəkib.

Salahlı deyib ki, bəzi hallarda təcil yardım xidmətləri müəyyən icazələrdən asılıdır və bu səbəbdən xəstələrin vaxtında yardımı almaları mümkünsüz olur.

“Bir xəstə Bakıya təcili yardım maşını ilə çatmalı idi, lakin idarənin rəhbəri icazə vermədiyi üçün az qala adam ölsün.  Sən kimsən? Niyə sən məxsusi olaraq icazə verməlisən? Bu çıqqılı padişahın ucbatından az qalırdı adam orada ölsün. Bu nə özbaşınalıqdır, nə yiyəsizlikdir?!", – deputat bildirib.

O həmçinin Teymur Musayevin yumşaqlığını və ya yetərsiz nəzarətini vurğulayıb, həkimlərin regionlara göndərilmədiyini, insanların rentgen müayinəsi üçün Bakıya gəlməyə məcbur olduğunu qeyd edib.

Gülnar Nazimqızı 

Seçilən
0
1
anews.az

2Mənbələr