AZ

Mehman Əhmədli Rusiyada itkin düşdüyü deyilən meyxanaçı barədə danışdı

Meyxanaçı Mehman Əhmədli Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşlərə qoşulduğu deyilən meyxanaçı dostu Vahid Qədimin Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

 

M.Əhmədli Pravda.az-a açıqlamasında deyib ki, Vahid Qədimin itkin düşdüyünə inanmır.

 

“Bu nəsə düz söhbətə oxşamır. Vahid Qədim müharibəyə qoşulmamışdı. Axırıncı dəfə onunla, təxminən, bir ay yarım, iki ay bundan əvvəl danışmışıq. İddiaları boş söhbətə bənzədirəm. Bundan əvvəl də xəbər yaymışdılar, o da yalan çıxdı. Mührabəyə getməsinə, itkin düşməsinə inanmıram", - M.Əhmədli deyib.

 

Qeyd: Vahid Qədimin itkin düşməsi barədə xəbəri hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında yazıb.

 

Aytəkin Qardaşova

Tarix: 27 Fevral 2026, 11:11   
Seçilən
12
2
pravda.az

3Mənbələr