Bu ilin mart ayının birindən etibarən Özbəkistanda elektrik nəqliyyat vasitələri idarə edən fərdi sahibkar taksi sürücüləri ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafına və hava çirkliliyinin azaldılmasına yönəlmiş bir sıra güzəştlər əldə edəcəklər. Müvafiq tədbirlər prezident fərmanı ilə nəzərdə tutulub.
Fərmana əsasən, bu kateqoriyalı sürücülər sosial vergi üzrə 10% endirim alacaqlar. Onlar həmçinin ilk 30 dəqiqə ərzində hava limanları və qatar stansiyaları da daxil olmaqla dövlət təşkilatlarına məxsus dayanacaqlardan pulsuz istifadə edə biləcəklər.
Hakimiyyət orqanları bu tədbirlərin ən azı 300.000 vətəndaşa elektrik taksi xidmətlərinin göstərilməsi üçün şərait yaradacağını gözləyir. Həmçinin, elektrik nəqliyyatından istifadənin artmasının daxili yanma mühərrikli nəqliyyat vasitələrinin hava çirkliliyini təxminən 7% azaldacağı gözlənilir.
Əziz MUSTAFA