AZ

Paşinyan rəsmən boşandı Anna Hakobyan iqamətgahı tərk etdi

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Pashinyan ilə uzun illər birlikdə yaşayan jurnalist Anna Hakobyan sosial şəbəkədə canlı yayım şəklində açıqlama verərək onların “vətəndaş nikahı”nın başa çatdığını bildirib və rəsmi iqamətgahı tərk etdiyini açıqlayıb. Bu barədə Ermənistan KİV ləri və xarici media bu gün məlumat yayıb.

Bakupost.az xəbər veri ki, Hakobyan paylaşımında yazdığına görə, bu qərar onların şəxsi münasibətləri ilə bağlıdır və ictimai müzakirələrə açıq deyil:“Mən bütün dostlarımı, tanışlarımı, yaxınlarımı və hətta ən yaxın insanları xəbərdar edirəm ki, bu mövzu mənimlə müzakirəyə açıq deyil. Biz eşitdik, qeyd etdik və irəliyə baxırıq.” Onun sözlərinə görə, bundan sonra o, kirayə evdə yaşayacaq, çünki hazırda inşaat mərhələsində olan şəxsi mənzili tamamlanmayıb. Hakobyan həmçinin qeyd edib ki, bank hesabında təxminən 5 milyon dram (22657 manat) məbləğ qalıb və o, uzun illər fəaliyyət göstərdiyi “Mənim Addımım” fondunda işini davam etdirmək istədiyini bildirib. Pashinyan isə sosial şəbəkədə paylaşdığı bəyanatda Hakobyanın qərarına hörmətlə yanaşdığını bildirib:“Son 30 ildə o, mənim yanımda olub, mənim dayaq və sığınacaq yeri olub. Mən onun üçün eyni rol oynamışam, əmin deyiləm. Bəlkə də ona daha çox acı vermişəm – buna görə üzr istəyirəm.” Hakobyan və Pashinyan uzun illərdir birgə yaşayırdılar, lakin rəsmi şəkildə evlənməmişdilər. Onlar “vətəndaş nikahı” adlandırılan uzunmüddətli münasibətlərdə olublar və bu statusla birlikdə dörd uşaq böyüdüblər. Hakobyanın bu addımı sosial mediada və Ermənistan ictimaiyyətində geniş müzakirələrə səbəb olub, lakin hazırda tərəflər bu mövzunu özəl və ictimai müzakirələrdən kənar saxlamalarının vacib olduğunu vurğulayırlar.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
www.bakupost.az

1Mənbələr