AZ

Deputat: Bu qruplar ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar

BAKI, 27 fevral. TELEQRAF

"Dünən Prezident İlham Əliyev ailəsi ilə birlikdə Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi, sakinlərlə görüşdü, mühüm mesajlar verdi. Azərbaycan xalqı tarix boyu bir çox soyqırımı aktlarına, qətliam və faciələrə məruz qalıb. Ancaq heç bir cəhd bu millətin iradəsini qıra, haqq yolundan döndərə bilmədi".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, bu gün dünyada yüzlərlə münaqişə var, ancaq onların heç biri tam həllini tapmayıb. Azərbaycan yeganə dövlətdir ki, torpaqlarını azad edib, qələbəsini tam təmin edib: “Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, revanşistlər anlamalıdırlar ki, bütün cəhdlərin qarşısı çox qətiyyətlə alınacaq. Bu gün Azərbaycan həmin Azərbaycan deyil. Heç kim Azərbaycanın səbrini sınağa çəkməsin.

Bu gün Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canını fəda edən bütün vətən övladlarının, o cümlədən Xocalı şəhidlərinin ruhu şaddır. Artıq qisas alınıb, onların qanı yerdə qalmayıb.

Son illər Azərbaycan Xocalı soyqırımının tanıdılması üçün böyük işlər görüb, mühüm addımlar atıb və atılmaqdadır. Bu gün həm də gördüyümüz kimi, bir qrup Azərbaycanın inkişafını görmək istəməyən qruplar bu qələbəni unutdurmağa çalışırlar. Bunun üçün bütün güclərini işə salıblar.

Ziddiyyətli məqam odur ki, bu gün müxtəlif ölkələrin liderləri cənab Prezident haqqında yüksək fikir söylədikləri halda bu qruplar xalqımızın bütün dəyərlərini ayaq altına ataraq ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Onlar anlamalıdırlar ki, bu cəhdlər əbəsdir".

Seçilən
31
3
teleqraf.com

5Mənbələr