AZ

Bu Memorial Kompleksi milli tarixi yaddaşın simvoludur- ÖZƏL

"Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə fəaliyyət davam edir. Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Kompleksinin inşası da bu fəaliyyətin tərkib hissəsidir. Bu abidə ilk növbədə milli tarixi yaddaşın daha da möhkəmlənməsi, eyni zamanda Azərbaycanın yeni mərhələdə öz gücünə və siyasi iradəsinə əsaslanan inkişaf yolunun simvoludur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı  Nigar Məmmədova deyib: "Prezident İlham Əliyevin Xocalı Memorial Kompleksinin açılışında səsləndirdiyi bəyanatlar da dövlət siyasətinin prioritet istiqamətlərini bir daha nümayiş etdirdi. Belə ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüquq əsasında tarixi ədaləti bərpa etmiş oldu.

Dövlət başçımız Ermənistanın, həmçinin işğal və soyqırım cinayətlərinə göz yuman qərəzli dairələrin bu qanlı faciəni ört-basdır etmək cəhdlərini bir daha xatırlatdı. Erməni havadarlarının Azərbaycanı bu faciədə günahlandırmağa çalışması isə riyakarlığın pik həddi idi. Bu illər ərzində görülən işlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" kampaniyası Xocalı həqiqətlərini dünyaya tanıtdı.

1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olması sübuta yetirildi. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Rəsmi Bakı bu xüsusda həm diplomatik, həm də informasiya cəbhəsində mübarizəni paralel şəkildə aparır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
olaylar.az

1Mənbələr