AZ

Tolik özü haqda yayılan iddialar aydınlıq gətirdi - “Verilişimi heç kəsə vermirəm”

Tarix Əliyev (Tolik) bir neçə mövzuya canlı yayımda aydınlıq gətirib.

“Yeni Sabah” xəbər verir ki, o, Audiovizual Şuradan çalışdığı telekanala heç vaxt  şikayət daxil olmadığını bildirib. Lakin özünün "Space" ilə vidalaşmaq qərarına gəldiyini vurğulayıb:

“Bütün sosial şəbəkələrdə yazılır ki, Tarix canlı verilişə çıxıb tamaşaçaları ilə vidalaşacaq. Hamımız yatırıq, dururuq. Bizimlə birgə vicdanımız da yatır. Özümün də kanal işçisi olaraq vicdanım sızlayır. Lakin özüm-özümə qərar vermişəm. Məni də 25 ildir tanıyırsınız. Tolik kimi, Tarix Əliyev kimi. Verilişin bağlanması, aparıcılıqdan çıxmaq haqqında ərizəmi verəndə vicdanım daha da rahatlaşdı. Düşünürəm ki, emosianal davranışlarım hansısa kanalın nüfuzuna zərər verə bilməz.

Bəziləriniz mənə görə pis olursunuz, bəziləriniz də sevinirsiniz. Hər birinizi sevirəm. Bu son deyil. Sosial şəbəkələrdə hansısa qəhrəman axtarmayın. Bu, mənim özümə verdiyim bir cəzadır. Jurnalistikaya aidiyyatı olmayan insanların yazdıqlarına inanmayın. Mən, Tarix Əliyev bu gün sizinlə vidalaşıram. Verilişimi də heç kəsə vermirəm və Space TV-də də musiqi departamentinin də rəhbərliyinə gətirilməmişəm. Hər birinizin işi avand olsun”.

Qeyd edək ki, aparıcı Tarix Əliyevin verilişini bundan sonra Könül Muxtarqızının aparacağı və özünün də Space TV-də musiqi departamentinin rəhbəri olacağı iddiaları yayılmışdı.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
4
1
yenisabah.az

2Mənbələr