AZ

Tolik canlı yayımda vidalaşdı - VİDEO

Aparıcı, prodüser Tarix Əliyev (Tolik) bu gün tamaşaçıları ilə canlı yayımda sağollaşıb. 

Moderator.az xəbər verir ki, Tolik öz ərizəsi ilə işdən uzaqlaşdığını deyib:

"Televiziyada yox, sosial şəbəkədə etdiyim səhvə görə rəhbərliyin, işçilərin haqqına girəcəyəmsə, vicdanım sızlayar. Bir ildən artıqdır ki, "Space TV"də "Tarixin bir günü" verilişi aparıram və proqramımda qanun pozuntusu olmayıb. Aparıcılıqdan çıxmaq haqqında ərizəmi rəhbərliyə verəndə vicdanım rahatladı. Əsəblərimə hakim olmamağım, başqasına emosional fikir bildirməyim böyük kanalın uğuruna ləkə ola bilməz. Həyatda itirəcəyim bir şey var, o da övladımdır. Bu, özümə verdiyim bir cəzadır. Verilişimi başqa aparıcıya təhvil vermirəm. Kanalda musiqi departamentinin rəhbəri də olmamışam".

Seçilən
7
4
moderator.az

7Mənbələr