AZ

Ermənistanla sülhdən sonra daha böyük düşmənlərimizi görəcəyik - Deputat

Azərbaycan və Ermənistan xalqlarını barışa hazırlamaq vacibdir, xüsusən də sülh müqaviləsi bağlandıqdan sonra daha geniş perspektivlər açılacaq. Bunu Milli Məclisin fevralın 27-də keçirilən iclasında deputat Zahid Oruc bildirib. 

"Xalqlarımızı barışa hazırlamalıyıq. Doğrudur, yaralarımız təzədir, düşmənçilik dərinə işləyib, lakin Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik", - o əlavə edib. 

Oruc qeyd edib ki, tarixdə iki xalq arasında dinc birgəyaşayış nümunələri olub.

İkinci Dünya Müharibəsində erməni diviziyalarında azərbaycanlılar vuruşub və bəzi soydaşlarımız “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.

O, həmçinin vurğulayıb ki, Sabir Rzayev erməni kinoşünaslığının banisi olub və sovet dövründə azərbaycanlılar Ermənistanın müxtəlif sahələrində yüksək vəzifələrdə təmsil olunublar.

Deputat həmçinin böyük bəstəkar Üzeyir Hacıbəyovun 1919-cu il müraciətini xatırladıb, o dövrdə bütün Qafqaz xalqlarını birgəyaşayışa çağırıb və milli-dini fərqlərin ittifaqa mane olmadığını qeyd edib.

Gülnar Nazimqızı 

Seçilən
0
anews.az

1Mənbələr