AZ

İran ABŞ-nin bütün tələblərini rədd etdi

BAKI, 27 fevral. TELEQRAF

İran fevralın 26-da Cenevrə keçirilən danışıqların üçüncü raundunda ABŞ-nin bütün tələblərini rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” İran mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, Tehran uran ehtiyatlarını xaricə köçürmək ideyasını rədd edib. İran həmçinin uranın zənginləşdirilməsinin dayandırılması, nüvə obyektlərinin sökülməsi və nüvə proqramının inkişafına qeyri-müəyyən müddətə məhdudiyyətlərin tətbiq edilməsinə qarşı çıxıb.

İran xarici işlər naziri Abbas Əraqçi isə danışıqlardan sonra bəyan etmişdi ki, tərəflər Cenevrədə keçirilən məsləhətləşmələr zamanı əhəmiyyətli irəliləyiş əldə edib və gələcək nüvə sazişinin elementləri ilə bağlı əsaslı müzakirələrə başlayıblar.

Seçilən
9
teleqraf.com

1Mənbələr