Bakı. Trend:
Azərbaycanın güclənməsi işğaldan azad olunan torpaqlarınintensiv bərpa və yenidən qurmasına imkan yaratmaqdadır.
Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünküiclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, Böyük Zəfərdən sonra artıq Qarabağ vəŞərqi Zəngəzurda 28 697 nəfər məskunlaşıb.
“Bu, 7 154 ailənin ev ilə təmin edilməsi deməkdir. 2026-cı ilinyanvarın 1-dən sonrakı 2 aya yaxın müddətdə isə 2 863 keçmişməcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb. Bu,yalnız 2 ayda keçmiş məcburi koçkünlərin dövlət tərəfindən 646 evlətəmin edilməsi deməkdir”.
Deputat qeyd edib ki, yeni dövrün yeni hədəfləri kontekstindəAzərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədənrəqabətin gücləndirilməsi, investisiya mühitinin daha dayaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimistrateji tədbirlər müşahidə ediləcək.