AZ

Təngə gələn Mamardaşvili qərarını qətiləşdirdi

"Liverpul"un qapıçısı Georgi Mamardaşvili ehtiyatda qalmaqdan təngə gəlib.

Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki,  oyun praktikasından əziyyət çəkən gürcü qolkiper bu yay icarə əsasında başqa kluba keçmək variantını uyğun sayır.

Mersisayd təmsilçisinin rəhbərliyi komandanın gələcəyi sayılan 25 yaşlı "çərçivə" qoruyucusunun istəyindən xəbərdardır və onun narazılığını anlayışla qarşılayır.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 11 matça çıxan Mamardaşvili 3 oyunda qapısını toxunulmaz saxlayıb. Onun "qırmızılar"la müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. 

Toğrul

Seçilən
8
1
fanat.az

2Mənbələr