Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqes ABŞ-ni "tərəfdaş və dost" adlandıraraq, ölkəsinə qarşı illərdir tətbiq olunan bütün sanksiya və blokadaların dərhal ləğv edilməsini tələb edib.
"Cebheinfo.az" xəbər verir ki, paytaxt Karakasdakı "Theater Teresa Carreno"da gənc aktivistlərlə keçirilən tədbirdə çıxış edən Rodriqes ABŞ Prezidenti Donald Trampa səslənib.
Rodriqes "Prezident Tramp bir dost və tərəfdaş olaraq, ABŞ-lə yeni bir əməkdaşlıq gündəminə başladığımız bu dövrdə ölkəmizə qarşı bütün sanksiya və blokadaları dərhal dayandırın, çünki bu blokada həm də Venesuela gəncliyinə qarşıdır" ifadələrini işlədib.
Trampın Venesuela ilə bağlı işlətdiyi tərif dolu ifadələrə görə təşəkkür edib: "Venesuela heç vaxt ABŞ-ni və ya dünyanın hər hansı bir ölkəsini təhdid edən dövlət olmayıb. Biz ABŞ ilə hər zaman dostluq və əməkdaşlığa əsaslanan geosiyasi anlayışı müdafiə etmişik".
Rodriqes Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin 3 yanvarda ABŞ tərəfindən saxlanılmasına toxunaraq, "Bu ilin 3 yanvarında pis bir başlanğıc etdik",- deyib. Tədbirdə Maduronun oğlu Nikolas Maduro Querra da Rodriqesi müşayiət edib.