AZ

Binəqədidə günlərdir isti su küçəyə axır - Niyə hələ də tədbir görülmür?

Bakının Binəqədi rayonunda Hüseyn Seyidzadə küçəsində bir neçə gündür ki, isti su yolun üzərinə axır.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda sakinlər mövcud vəziyyətdən narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, artıq günlərdir naməlum səbəbdən küçəyə axan isti su ilə bağlı problem həllini tapmayıb və məsələ diqqətdən kənarda qalıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan əraziyə Binəqədi Rayon Sukanal İdarəsinin qəza briqadası baxış keçirib. İlkin araşdırma zamanı ərazidən yüksək temperaturlu suyun axdığı müəyyən olunub. 

Sözügedən problemlə bağlı Azəristiliktəchizat ASC-dən də qeyd olunub ki, əraziyə keçirilən baxış zamanı məlum olub ki, qəza baş verən boru bizə məxsus deyil. Suyun buxarlı olmasına səbəb isə bizim borularla ADSEA-ya məxsus boruların yan-yana olması ilə bağlıdır. Ona görə də su buxarlanır. 

ADSEA-dan həmçinin bildirilib ki, əraziyə əməkdaşlar cəlb olunub. Problemin həlli ilə bağlı tədbirlər görülür. 

Asya
Milli.Az 

Seçilən
3
1
milli.az

2Mənbələr