AZ

Çingiz Abdullayevdən yuxulayan alimlər haqda: Ayıbdır!

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iclasında yuxulayan alimlərin fotolarının yayılmasına reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Bizim cəmiyyətimiz indiyədək yaşlı insanları ələ salmayıb. Biz nə edirik? Yoxsa bizim elmimiz, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız olmadığını bütün dünyaya sübut etmək məqsədimiz var? İnanmıram ki, insanlar nə etdiklərini başa düşürlər.

Məqsəd Akademiyanı gözdən salmaq, onu məzhəkəyə çevirməkdir? Bu, yaşlı insanlara yox — onların üzərinə gülənlərə ayıbdır. Çünki onların çoxu doğrudan da elmə öz töhfəsini verib.

Nuh peyğəmbər və atasına istehza edən oğlu Ham haqqında rəvayəti xatırlayın. Təəssüf ki, çoxları bunu başa düşmür”, – deyə yazıçı bildirib.

Günel Cəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
globalinfo.az

2Mənbələr