AZ

Direct Selling və QNET – Mikro sahibkarlığa aparan yol

Bir çox insan öz biznesini qurmağa tərəddüd edir. Onlar xərclərdən, risklərdən və hətta lazımi təhsil və ya təcrübəyə sahib olub-olmadıqlarından narahat olurlar.

Lakin dünya üzrə mikro sahibkarlıq sürətlə inkişaf edir və iqtisadiyyatlara töhfə verir. Bu sahədə ən praktik və əlçatan yollardan biri isə birbaşa satışdır (direct selling).

Mikro sahibkarlıq nədir?

Mikro sahibkarlıq minimal kapital ilə çox kiçik, müstəqil bizneslərin qurulması deməkdir. Bu bizneslər adətən konkret məhsul və ya xidmətlərə fokuslanır, çox vaxt evdən idarə olunur və əsasən bir nəfər tərəfindən həyata keçirilir.

Əslində, mikro sahibkarlıq anlayışı yeni deyil — əsrlərdir mövcuddur. Lakin son illərdə “gig economy”nin inkişafı və rəqəmsal alətlərin geniş yayılması sayəsində daha çox diqqət mərkəzinə düşüb. Bu alətlər insanların daha asan şəkildə biznes sahibi olmasına imkan yaradır.

Bir çox ölkə artıq anlayır ki, ölçücə kiçik olsa da, mikro bizneslər yerli iqtisadiyyata böyük təsir göstərir — gəlir yaradır, insanlara öz həyatları və qazanc mənbələri üzərində nəzarət imkanı verir.

Məhz burada birbaşa satış və aparıcı şirkətlərdən biri olan QNET ön plana çıxır.

Birbaşa satış niyə mikro sahibkarlar üçün cəlbedicidir?

Birbaşa satış məhsul və xidmətlərin ənənəvi pərakəndə satış məkanlarından kənarda, birbaşa istehlakçılara təqdim edilməsidir.

Bir çox şirkət bu modeli kosmetika, ev əşyaları, qida əlavələri, zinət əşyaları və hətta səyahət xidmətləri üçün istifadə edir. Lakin birbaşa satış yalnız məhsul satmaq deyil, bu, insanlara öz mikro bizneslərini qurmaq imkanı da yaradır.

“World Federation of Direct Selling Associations”nın (WFDSA) məlumatına görə, hazırda dünyada təxminən 104,3 milyon insan müstəqil birbaşa satış sahibkarı və ya distribüter kimi fəaliyyət göstərir. 2033-cü ilə qədər sektorun həcminin 407,8 milyard ABŞ dollarına çatacağı gözlənilir.

Birbaşa satışın cəlbediciliyini artıran əsas xüsusiyyətlər:

Aşağı başlanğıc baryerləri

Ənənəvi bizneslərdən fərqli olaraq, burada mağaza icarəsi, yüksək xərclər və böyük inventar ehtiyacı yoxdur. Yaşından, cinsindən və təhsilindən asılı olmayaraq hər kəs mikro sahibkar ola bilər.

Elastiklik və sahiblik

İnsanlar öz tempində işləyə bilər. Bəziləri bunu əlavə gəlir mənbəyi kimi qurur (məsələn, övladının təhsil haqqını ödəmək üçün), digərləri isə bizneslərini böyüdərək tam zamanlı fəaliyyətə çevirir.

Bacarıqların inkişafı

Birbaşa satış real biznes bacarıqlarının inkişafına kömək edir — ünsiyyət, liderlik və komanda quruculuğu kimi sahələrdə. Bir çox şirkət bu istiqamətdə təlim və inkişaf proqramları da təqdim edir.

QNET ilə davamlı mikro sahibkarlıq

Dünyanın aparıcı birbaşa satış təşkilatlarından biri olan QNET mikro sahibkarların gücləndirilməsinə fokuslanır — aşağı giriş baryerləri, elastiklik və geniş təlim imkanları təqdim edir.

Şirkəti fərqləndirən əsas cəhət isə davamlılıq və uzunmüddətli uğura verdiyi önəmdir.

Məhsul və xidmətlər

Birbaşa satış biznesinin əsasını məhsullar təşkil edir. QNET sağlamlıq və həyat tərzi sahəsində geniş portfelə malikdir və aşağıdakı brendləri təklif edir:

Amezcua
Bernhard H. Mayer
Cimier
HomePure
Physio Radiance
qLearn
Keyfiyyətli məhsullar etimadın formalaşmasında mühüm rol oynayır.

Kompensasiya və mükafat sistemi

Distribüterlər öz tempində işləyə bilər, lakin davamlı fəaliyyət komissiyalar, bonuslar və karyera pillələri ilə mükafatlandırılır. Bu, uzunmüddətli inkişaf imkanları yaradır.

Qlobal mövcudluq

QNET-in baş ofisi Honkonqda yerləşir, 25-dən çox ofisi və 100-dən artıq ölkədə müştəriləri var. Bu isə mikro sahibkarlara beynəlxalq şəbəkəyə çıxış imkanı yaradır.

Texnologiya və sistemlər

Şirkət müasir rəqəmsal infrastrukturdan istifadə edir — mobil tətbiq, rəsmi sayt funksiyaları, real vaxt izləmə sistemi və çoxdilli Qlobal Dəstək Mərkəzi (GSC) mövcuddur.

Birbaşa satış haqqında stereotiplər

Birbaşa satış böyüməsinə baxmayaraq, hələ də müəyyən şübhələrlə qarşılanır.

Əsas səbəblərdən biri onun şəxsi əlaqələrə əsaslanması və şifahi tövsiyələrlə yayılmasıdır. Digər səbəb isə birbaşa satışın qanunsuz piramida sxemləri ilə qarışdırılmasıdır.

Əslində, piramida və Ponzi sxemlərində real məhsul və xidmət olmur. Qanuni birbaşa satış şirkətləri isə real məhsul və xidmətlər təqdim edir və istehlakçı ehtiyaclarını qarşılayır.

Digər bir problem isə qeyri-real gözləntilərdir. Bəzi insanlar tez və asan zəngin olmaq ümidi ilə başlayır və nəticə dərhal görünmədikdə məyus olur. Halbuki birbaşa satış da digər bizneslər kimi səbr, zəhmət və davamlılıq tələb edir.

Mikro sahibkarlığın təsiri

Nəticə etibarilə, birbaşa satış vasitəsilə mikro sahibkarlıq insanlara öz gəlir mənbələrinə nəzarət etmək imkanı verir.

Bəziləri üçün bu, sadəcə əlavə gəlirdir; digərləri üçün isə tam zamanlı biznesdir. Əsas odur ki, model kifayət qədər elastikdir və müxtəlif məqsədlərə uyğunlaşa bilir.

QNET kimi tərəfdaşlarla insanlar gəlir əldə edə, yeni bacarıqlar qazana və uzunmüddətli, davamlı biznes qura bilərlər.

QNET Haqqında

QNET – qlobal həyat tərzi və sağlamlıq şirkətidir. Birbaşa satış modeli əsasında fəaliyyət göstərərək insanların daha sağlam və balanslı həyat sürmələrinə kömək edən eksklüziv məhsullar təqdim edir. 1998-ci ildən bəri QNET-in innovativ məhsulları və e-ticarət əsaslı modeli milyonlarla müştəri və mikro-sahibkarı birləşdirib. Şirkət RYTHM – “Raise Yourself To Help Mankind” missiyası ilə fəaliyyət göstərir.

QNET dünyanın bir sıra ölkələrində Birbaşa Satış Assosiasiyasının, həmçinin Honkonq @Health Food Association”, “Health Supplements Industry Association of Singapore” və digər təşkilatların üzvüdür. Şirkət həmçinin qlobal idman sponsorluqlarının tərəfdaşıdır, o cümlədən “Manchester City” Futbol Klubunun və Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış tərəfdaşıdır. Bu əməkdaşlıqlar QNET-in qlobal miqyasda mükəmməlliyə sadiqliyini nümayiş etdirir.

Daha ətraflı məlumat üçün: www.qnet.net

393125

Seçilən
11
46
hit.az

10Mənbələr