AZ

Rumıniyalı: “Həm “Sabah”, həm də “Qarabağ” çempionluğa layiqdir”

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

Premyer Liqanın lideri “Sabah” XXII turda ən yaxın izləyicisi “Qarabağ”ın qonağı olacaq.

“Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Azərbaycan çempionatını izləyirəm. “Sabah”ın nəticələri sürpriz deyil. Hər il daha yaxşı oynayırlar. “Qarabağ” isə artıq özünü sübut edir. Eyni nizamda davam edirlər və nəticələrini daha yaxşılaşdırırlar. Düşünürəm ki, şanslar bərabərdir. Oyunun nəticəsi çox maraqlıdır”.

Rumıniyalı mütəxəssis liqada qızıl medal yarışının sona qədər davam edəcəyini gözlədiyini qeyd etdi:

“Bu görüşlə çempionluğun taleyinin həll olunacağını düşünmürəm. Qarşıda hələ matçlar var. Məncə, yarış sona kimi davam edəcək. Həm “Sabah”, həm də “Qarabağ” çempionluğa layiqdir. Premyer Liqada əla mübarizə gedir”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
futbolpress.az

1Mənbələr