AZ

Zori Balayan və digərləri qanun qarşısında cavab verməlidirlər

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"44 günlük müharibə dövründə Azərbaycan Ordusunun qazandığı nailiyyətlər, xalqımızın birliyi və dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar göstərdi ki, güclü liderlik və milli həmrəylik əsas amildir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında bildirdi.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı baş verən dövrdə də belə qətiyyətli rəhbərlik olsaydı, Azərbaycana qarşı ərazi iddiaları irəli sürülə bilməzdi:

"Çünki bu gün dünya səviyyəsində Azərbaycan maraqlarının necə qorunduğu hər kəsə aydındır. Cənab prezident bu gün postmüharibə dövründə də dünyada lider kimi çıxış edir. Postmüharibə dövründə cənab prezidentimiz Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan əziyyət çəkən insanlarla bir araya gəlir. Onlar üçün müasir standartlara cavab verən evlərin tikilməsi, Birinci vitse-prezident tərəfindən müharibə dövründə yaralanmış insanların müalicəsinin və reabilitasiyasının təşkili, onlara göstərilən dəstək bir daha sübut edir ki, postmüharibə dövründə liderin keyfiyyətləri hansı səviyyədə olmalıdır və bu, açıq şəkildə görünür.

Biz hesab edirik ki, Xocalı soyqırımında birbaşa iştirak edən "qurumlar", həmin şəxslər, o məxluqlar, Avropa Şurası Parlament Assambleyasında sinəsinə döyən o siyasətçilər, hansı ki, Xocalı soyqırımını törətmişdilər, uşaqları diri-diri öldürmüşdülər, Zori Balayan və digərləri hamısı qanun qarşısında cavab verməlidirlər. Onlara Bakı məhkəməsində digərlərinə necə hökm oxunubsa, həmin şəxslərə də eyni qaydada hökm oxunmalıdır və dünyaya sübut olunmalıdır ki, Azərbaycan bir daha nümayiş etdirəcək: hər hansı terror törədən, hər hansı etnik soyqırım törədən şəxs cəzadan qaça bilməz, o, gec-tez öz cəzasını alacaq. Azərbaycanın lideri bunu sübut edib və bunu bir daha göstərəcək".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
redaktor.az

2Mənbələr