AZ

XRİTDX “Təhdidlər və Həllər” platformasını istifadəyə verdi

Bakı.Trend:

“Təhdidlər və Həllər Kataloqu”nda ümumilikdə 167 təhdid üzrəməlumat əldə etmək mümkündür. Portal mütəmadi olaraq yenilənəcək,sahə üzrə yeni təhdidlər müəyyən edildikcə və ya mövcud təhdidlərədair yeni həll mexanizmləri formalaşdıqca sistemə əlavəediləcək.

Trend xəbərverir ki, bu fikirləri bu gün Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov“İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi”mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, portal bilik bazası funksiyasını yerinəyetirir və dövlət qurumlarına informasiya təhlükəsizliyi risklərireyestrinin hazırlanması prosesində metodiki dəstək məqsədidaşıyır.

İdarə rəisi qeyd edib ki, portalın əsas səhifəsində təhdidlər 7kateqoriya üzrə qruplaşdırılıb və hər bir kateqoriya daxilindəmüvafiq risklər sistemləşdirilib. Gələcəkdə yeni təhdidləryarandıqca onlar da uyğun kateqoriyalar üzrə əlavə ediləcək:

“İstifadəçilər “Bütün təhdidlər” bölməsi vasitəsilə sistemdəyerləşdirilmiş bütün risklərlə tanış ola, həmçinin hər bir təhdidüzrə təqdim olunan həll yollarını nəzərdən keçirə bilərlər”.

Seçilən
1
az.trend.az

1Mənbələr