Pakistan və Əfqanıstan arasında müharibə başlayıb.
Ölkə.az xəbər verir ki, Pakistan hökumətinin məlumatına görə, artıq onlar Əfqanıstanın hakimiyyətdə olan Taliban rejimi ilə “açıq müharibə” vəziyyətindədir.
Qeyd olunur ki, sərhəd boyunca genişmiqyaslı döyüşlər, partlayışlar və hərbi əməliyyatlar davam edir.
Pakistan Əfqanıstan daxilində Qəndəhar və Paktikaya da hücum etdiyini bildirir.
Cümə günü verilən bu açıqlama, Taliban sözçüsü Zəbihullah Mücahidin Əfqanıstanın iki ölkəni ayıran Durand xətti boyunca Pakistan ordusuna qarşı “genişmiqyaslı hücum əməliyyatları” həyata keçirdiyini bildirməsindən bir neçə saat sonra verilib.
Taliban bildirib ki, onların hücumu bu həftə əvvəl həyata keçirilmiş ayrı bir Pakistan hava zərbələrinə cavabdır.
Həmidə İbrahimova