AZ

Daşınmaz əmlakın icbari sığortasına maraq kəskin azalıb

Azərbaycanda 2026-cı ilin yanvar ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

Mərkəzi Bankın hesabatı xəbər verir ki, 2026-cı ilin yanvar ayı ərzində bu növ sığorta üzrə yığımlar 2 milyon 769 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 145 min manat və ya 29,3% azdır. 2025-ci ilin eyni dövründə bu göstərici 3 milyon 914 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 101 min manat təşkil edib ki, bu da illik müqayisədə 103 min manat və ya 50,5% azdır. Ötən ilin eyni dövründə 204 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 3,6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1,6 faiz bəndi azalıb. 2025-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5,2% təşkil edib.

Seçilən
12
2
banco.az

3Mənbələr