AZ

Hansı ölkələr Çindən idxaldan daha çox asılıdır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünya ölkələrinin bir çoxu Çinin ticarət tərəfdaşıdır. Bəziləri bu ölkənin idxalından asılıdırlar.

Banco.az ölkələrin Çindən idxala asılılıq səviyyəsini təqdim edir.

Araşdırma BMT-nin Ticarət Məlumat Bazası və Dünya Bankının məlumatlarına əsaslanır.

Məlumata görə, 128 ölkə ümumi əmtəə idxalının ən azı 10%-ni Çindən həyata keçirir. Bu göstərici Çin mallarının qlobal ticarətdə geniş yayılmasını əks etdirir.

Çindən idxala ən çox asılı olan ölkələr arasında ilk yeri 46,8% ilə Kamboca tutur. Onu 45,8% ilə Qırğızıstan, 40,9% ilə Honq Konq və 40,5% ilə Monqolustan izləyir. Sonrakı yerlərdə 34,0% ilə Vyetnam, 33,5% ilə Myanma, 32,7% ilə Efiopiya, 32,5% ilə Paraqvay, 31,4% ilə İndoneziya, 30,5% ilə Tanzaniya, 30,1% ilə Makao, 29,8% ilə Laos, 29,2% ilə Özbəkistan, 28,7% ilə Peru və 28,3% ilə Pakistan yer alır.

Araşdırma ümumilikdə 182 ölkəni əhatə edir. Siyahının aşağı hissəsində isə 3,8% ilə Latviya, 3,5% ilə Belçika və 2,5% ilə Baham adaları kimi ölkələr qərarlaşıb.

Məqalədə qeyd olunur ki, Çindən idxala yüksək asılılıq bir sıra hallarda həmin ölkələrin daxili istehsal bazasının məhdudluğu və ya Çin mallarının onların ixrac sənayesində mühüm rol oynaması ilə bağlıdır. Məlumatlar Çinin qlobal ticarətdə mühüm mövqeyini və bir çox ölkənin təchizat zəncirlərində Çin məhsullarından yüksək asılılığını göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
1
1
banco.az

2Mənbələr