AZ

Qazaxıstanda kafedə dəhşətli partlayışın GÖRÜNTÜSÜ

Qazaxıstanda kafedə baş verən güclü qaz partlayışının anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Far.Az xəbər verir ki, bu barədə "SHOT" teleqram nakanalı məlumat yayıb.

Yayılan görüntülərdə hadisə zamanı kafenin yaxınlığında bir neçə avtomobilin olduğu görünür. Partlayışdan sonra sağ qalan şəxslərdən birinin binadan çıxdığı da kadrlarda əks olunub.

Qazaxıstanın Fövqəladə Hallar Departamentinin mətbuat xidmətinin məlumatına görə, insident Şuçinsk şəhərində, Akmola vilayəti ərazisində baş verib.

Son məlumata əsasən, beşmərtəbəli yaşayış binasına bitişik olan birmərtəbəli kafedə qaz partlayışı nəticəsində 26 nəfər xəsarət alıb, 7 nəfər isə həyatını itirib. Bildirilir ki, yanğınsöndürənlər hadisə yerindən səkkiz qaz balonunu çıxarıb, 10-dan çox insanı xilas ediblər.

Seçilən
9
far.az

1Mənbələr