AZ

Spikerdən Aqil Abbasa irad: “Qanundan danışmırsız...”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Parlamentin bugünkü iclasında “Kinematoqrafiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb.

“Cebheinfo.az” xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Aqil Abbas Azərbaycanda keyfiyyətli film və serialların olmadığını deyib.

Deputat həmçinin bir sıra ölkələrdən nazirliklərin film və seriallar çəkdiyini deyib, Rusiya ilə Azərbaycanı müqayisə edib. Spiker Sahibə Qafarova isə bu müqayisənin qüsurlu olduğunu deyib.

“Siz xeyli danışdız, amma heç qanun layihəsi haqqında bir kəlmə də demədiniz. Rusiya ilə Azərbaycanı müqayisə edirsiniz. Onların öz qanunları var, bizim öz qanunlarımız. Çıxışlarınızda bunlara diqqət edib”.

Vilayət Muxtar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr