AZ

ABŞ Tehran rejimi ilə danışıqları dayandırdı ŞƏRH

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

Fevralın 26- da ABŞ və Fars-molla rejiminin nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra tərəflər heç bir razılaşma əldə etmədiklərini açıqlayıblar. Bu barədə Omanın xarici işlər naziri Bədr Əlbusaidi sosial media paylaşımında məlumat paylaşıb. O, danışıqlar zamanı "əhəmiyyətli irəliləyiş" əldə edildiyini bildirib. Fars-molla rejiminin xarici işlər nazirliyi nəticəsiz görüşdən sonra beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edən açıqlama yayıb. Açıqlamada bildirilir ki, guya iki ölkənin paytaxtlarında məsləhətləşmələrdən sonra danışıqlar davam etdiriləcək. Hətta nazirlik belə bir görüşün gələn həftə Vyanada keçiriləcəyini bəyan edib. Lakin ABŞ tərəfi məlumatı təsdiq etmir. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında danışıqlar aparılmayacaq və müharibə qaçılmazdır.

Xatırladaq ki, fevral ayı ərzində ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırıb və müxtəlif fəaliyyət planlarını nəzərdən keçirir. Qeyri-rəsmi media xəbərlərində böyük bir əməliyyat üçün hərbi hazırlıqların artıq başa çatdığı, lakin Prezident Donald Trampın hələ müharibə ilə bağlı qərar vermədiyi bildirilirdi.Bu fonda bəzi ölkələr bölgədəki diplomatik və hərbi mövcudluqlarını azaldıb və vətəndaşlarını ölkəni tərk etməyə çağırıblar. Xüsusilə, ABŞ Livandakı səfirliyindən vacib olmayan personalı geri çağırıb. Norveç isə İraqdakı bəzi qoşunlarını geri çağırıb.

Fevralın 27-si səhəri ABŞ Mərkəzi Komandanlığının rəhbəri kimi Yaxın Şərqdəki qüvvələrə rəhbərlik edən ABŞ Hərbi Dəniz Qüvvələri admiralı Bred Kuperin Fars-molla rejiminə zərbələrin endirlməsi haqqında variantlar barədə məlumat verdiyi bildirildi.

İlham

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sesqazeti.az

1Mənbələr