AZ

“Addım-addım vətəndə” layihəsi Gəncədə

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı  “Addım-addım Vətəndə” layihəsi çərçivəsində  Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir. 

Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin  altıncı səfəri Gəncə Dövlət Milli Dram Teatrı  ilə birgə Gəncədə həyata keçirilib. Layihənin bu dəfəki tədbiri Xocalı soyqırımının ildönümündə keçirilib. 

Öncə Azərbaycan Respublikasịnın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra aparıcılar- Gəncə Dövlət Milli Dram Teatrından teatrşünas-tənqidçi Anar Bürcəliyev, Bakı Uşaq və Gənclər Teatrından Mehman Piriyev cıxış edərək, hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat veriblər.

Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri Əməkdar artist, rejissor, aktyor İntiqam Soltan və Gəncə Dövlət Milli Dram Teatrından rejissor  Elşad Əhmədov çıxışlarında layihə haqqında danışıblar. 

Layihənin davamı olaraq Gəncə Dövlət Milli Dram Teatrının  gənc aktyoru Murad Meyfəliyevin qələmə aldığı həmçinin quruluş verdiyi “Zəfər” tamaşası və Bakı Uşaq və Gənclər Teatrının repertuarında xüsusi yer tutan, ideya müəllifi həmçinin quruluşçu rejissoru olan, Əməkdar artist İntiqam Soltanın “Vətən” tamaşası nümayiş olunub.

Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrı adından təşəkkürnamə təqdim edilib. Həmçinin Gəncə Dövlət Milli Dram Teatrı tərəfindən Bakı Uşaq və Gənclər Teatrı fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, layihə bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə, Horadizdə Füzuli Dövlət  Dram Teatrı, Quzanlıda Ağdam Dövlət Dram Teatrı, Sumqayıtda Sumqayıt Dövlət Dram Teatrı ilə birgə həyata keçirilib.   Layihəyə  Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə  festivalla yekun vurulması planlaşdırılır.

Seçilən
4
1
adalet.az

2Mənbələr