AZ

Dövlət qurumlarında informasiya təhlükəsizliyinin diaqnostikası üzrə meyarlar razılaşdırılır - XRİTDX

Bakı.Trend:

2026-cı ildə dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrədiaqnostikanın aparılması planlaşdırılır. Hazırda diaqnostikameyarları hazırlanıb və aidiyyəti dövlət qurumları ilərazılaşdırılma mərhələsindədir.

Trend xəbərverir ki, bu fikirləri bu gün Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov“İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi”mövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərəaçıqlamasında deyib.

XRİTDX rəsmisi qeyd edib ki, meyarlar təsdiq edildikdən sonradövlət qurumlarının informasiya təhlükəsizliyi vəziyyətininqiymətləndirilməsi həyata keçiriləcək:

“Təhdidlər və risk reyestrləri ilə bağlı qeyd etmək lazımdır ki,burada həm daxili, həm də xarici mənbəli təhdidlər nəzərə alınır.Təhdidlər dövlət qurumunun əməkdaşlarından, əməkdaşlıq etdiyişirkətlərdən və ya xarici aktorlardan qaynaqlana bilər”.

Seçilən
19
3
az.trend.az

4Mənbələr