AZ

“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb VİDEO

Bakı, 27 fevral, Aysel Azadqızı, foto Səfiyar Məcnun, operator Mirrəsul Cəfərov, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Beynəlxalq konfrans Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Macarıstan, Almaniya, Polşa və Gürcüstanı təmsil edən dilçilər, tarixçilər, etnoqraflar, ədəbiyyatşünaslar və mədəniyyət tədqiqatçıları türkologiya elminin aktual problemlərini müxtəlif elmi məktəblərin baxış bucağından təqdim edəcəklər.

Tədbirdə “Birinci Türkoloji Qurultayın çağırılmasının tarixi və ictimai zərurəti”, “Qurultayın təşkilatçıları və aparıcı simalarının türkologiya elminə töhfələri”, “Qurultay qərarlarının türk xalqlarının elmi və mədəni inkişafına təsiri”, “Türk dillərinin tədqiqi, əlifba və terminologiya məsələləri, metodoloji yanaşmalar, “Qurultay ideyalarının sovet dövründə və sonrakı mərhələlərdə inkişaf dinamikası”, “Müstəqillik dövründə türkologiyanın qarşısında duran çağırışlar, “Qlobal elmi mühitdə türkoloji araşdırmaların perspektivləri” və “Qurultayın az araşdırılmış pərdəarxası məqamları” mövzuları üzrə məruzələr dinləniləcək.

Seçilən
36
azertag.az

1Mənbələr