AZ

Hindistanda cərrahlar qadının bağırsağından 1,6 kiloqram zinət əşyası ÇIXARDI – FOTO

Hindistanda cərrahlar bir qadının bağırsaqlarından 1,6 kiloqram zərgərlik məmulatı, 90 sikkə və qol saatı çıxarıblar.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hindistanda cərrahlar nadir və heyrətamiz bir əməliyyat həyata keçiriblər. Tibbi müayinə zamanı bir qadının bağırsağında xeyli sayda yad cisim aşkar edilib.

Cərrahi müdaxilə nəticəsində pasiyentin bədənindən ümumilikdə 1,6 kiloqram çəkidə müxtəlif zərgərlik məmulatları, 90 ədəd sikkə və bir qol saatı çıxarılıb.

Həkimlər qadının bu qədər metal əşyanı necə və hansı müddət ərzində udduğunu araşdırırlar.

Hazırda xəstənin əməliyyatdan sonrakı vəziyyətinin stabil olduğu və həkim nəzarətində saxlanıldığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr