AZ

"Rusiya PVO nüvə hücumunu dayandırmağa qadirdir, amma…" - Britaniya nəşri...



Rusiyanın raketdən müdafiə sistemləri geniş modernləşdirməsi sayəsində növbəti on ildə Böyük Britaniya və ABŞ-dan nüvə hücumunun qarşısını ala biləcək. Bu barədə Britaniyanın The Spectator nəşri Kral Birləşmiş Xidmətlər İnstitutunun hesabatına istinadən məlumat verib.

Məqalədə deyilir ki, Rusiyanın Britaniyanın nüvə başlıqlarını ələ keçirməyə qadir iki növ raketdən müdafiə sistemi var: Moskva ətrafında yerləşdirilən sabit A-135 hava hücumundan müdafiə sistemi və mobil S-500 sistemi.

Müəlliflər onu da bildirir ki, Rusiyanın kifayət sayda S-500-ləri yoxdur. Mövcud raketdən müdafiə sistemləri isə Moskva ətrafında cəmləndiyindən, Sankt-Peterburq da daxil olmaqla digər yaşayış məntəqələri, demək olar ki, müdafiəsiz qalıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti Paris və Londonun Kiyevi nüvə bombası ilə silahlandırmağı planlaşdırdığını bildirmişdi. Kəşfiyyat məlumatlarına görə, Britaniya və Fransa nüvə silahlarının ötürülməsini müstəqil Ukraynanın inkişafı kimi qələmə vermək niyyətindədir.

SAMİRƏ

Seçilən
14
baki-xeber.com

1Mənbələr