Polşanın "Yagelloniya" klubunun futbolçusu Bartoş Mazurek avrokubokların tarixinə düşüb.
"Far.Az" "Opta"ya istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi buna İtaliyada "Fiorentina"ya qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında üç qol vurmaqla nail olub.
Mazurek 2007-ci il təvəllüdlü futbolçular arasında UEFA turnirlərində het-trik edən ilk oyunçudur.
Qarşılaşmanın əsas vaxtı polşalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə "Fiorentina" bu hesabla qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burada 2:1 üstün olan Florensiya təmsilçisi rəqibini 5:4 hesabı ilə məğlub edərək mərhələ adlayıb.