AZ

TÜRKPA və Baltik Assambleyası arasında əməkdaşlıq protokolunun imzalanması təklif olunub

ain.az, 525.az saytına istinadən bildirir.

Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA) və Baltik Assambleyası arasında əməkdaşlıq protokolunun imzalanması təklif olunub.

525.az xəbər verir ki, bu barədə TÜRKPA-nın Baş katibi Ramil Həsəninin Litvanın xarici işlər nazirinin müavini Taurimas Valis ilə görüşündə bildirilib.

Görüşdə həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) və Baltikyanı ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, bu istiqamətdə mövcud münasibətlərin yeni səviyyəyə çıxarılmasında TDT və TÜRKPA-nın imkanlarından istifadə edilməsi, Avropa İttifaqı və türk dövlətləri arasındakı əlaqələrdə Baltik ölkələri və Baltik Assambleyasının oynaya biləcəyi xüsusi rol, gələcəkdəki iqtisadi və siyasi əməkdaşlıq, eyni zamanda, enerji layihələri, ortaq nəqliyyat dəhlizi və digər bu qəbildən olan məsələlər müzakirə olunub.

Ramil Həsən eyni zamanda Baltik Assambleyası, TDT və TÜRKPA arasındakı əlaqələrin inkişafı ilə bağlı gələcəkdə əməkdaşlıq protokolunun imzalanmasını təklif edərək bu istiqamətdə Litvanın əhəmiyyətini xüsusilə vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
525.az

1Mənbələr