AZ

Sabah sulu qar yağacaq

Bakı. Trend:

Fevralın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıdavə Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağıgözlənilir. Günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi,sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyiəsəcək.

Havanın temperaturu gecə və gündüz 1 dərəcədən 5 dərəcəyədək istiolacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civəsütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağıehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyiayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0 dərəcədən 4 dərəcəyədək, gündüz 4dərəcədən 7 dərəcəyədək, dağlarda gecə - 5 dərəcədən - 10dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə -10 dərəcədən -15dərəcəyədək şaxta, gündüz 0 dərəcədən -5 dərəcəyədək şaxtaolacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buzbağlayacaq.

Məqalədə:
Seçilən
11
49
az.trend.az

4Mənbələr