AZ

"Komandanı belə rəqiblərə qarşı kökləmək çətin olur" - Pərviz Bayramov

İkinci Liqa təmsilçisi "Şirvan" qış fasiləsindən sonra keçirdiyi ilk oyunda çətin qələbə qazandı. Bölgə təmsilçisi səfərdə autsayder “Araz-Saatlı” ilə qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, debütant turnir cədvəlinin ortalarındakı mövqeyini möhkəmləndirib. 

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:

"Ağır oyun olacağını bilirdik. Saatlı komandası qışda çox dəyişikliklər edib. Təsəvvür edin, onlar həftəiçi tam komandayla məşq edirlər, biz isə yalnız oyundan bir gün qabaq. Komandanı belə rəqiblərlə oyunlara kökləmək çətin olur. Ümumi götürsək, uşaqlar pis oynamadılar. Sadəcə, ilk yarı ilə müqayisədə ikinci hissədə daha kompakt, daha düzgün futbol oynadıq. Buna görə planlaşdırdığımız çox şey alınırdı. Vacib olan 3 xal idi ki, onu da əldə etdik. 

Növbəti oyunumuz "Dinamo" ilə olacaq. Rəqib dinamik, çox hərəkətli komandadır. Heyətdə itkilərimiz var. Cavid Əliyev, Elcan Rəsulov və Comərd Baxşəliyev bu oyunda bizə kömək etməyəcək. Buna baxmayaraq, çalışacayıq ki, daha yaxşı oynayaq və meydandan sərfəli nəticə ilə ayrılaq".

Qeyd edək ki, "Şirvan" 15 tur ərzində 26 xal toplayıb. Debütant eyni xala malik "Şəmkir" və "Şəki Siti" ilə birgə 4-6-cı yerləri bölüşür.

Mirağa

Seçilən
4
1
fanat.az

2Mənbələr