AZ

Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzinin müdavimləri əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 27 fevral, AZƏRTAC

Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzində qənnadçı, şirniyyatçı, mühafizəçi və qazanxana maşinisti ixtisasları üzrə təhsil alan müdavimlər üçün iş yerlərində əməyin mühafizəsinə dair maarifləndirici təlimlər keçirilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı tərəfindən təşkil olunan təlim “İş yerlərində əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi, istehsalatda baş verən bədbəxt hadisələr və ilk yardım qaydaları” mövzusuna həsr edilib. Müxtəlif kurslar üzrə keçirilən üç görüşdə ümumilikdə 80 nəfər iştirak edib.

Təlimlər zamanı əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə iştirakçılara ətraflı məlumat verilib.

Bununla yanaşı, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə təqdimat olunub.

Təlimlərin sonunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
azertag.az

1Mənbələr