Əfqanıstan-Pakistan sərhədində döyüşlər yenidən başlayıb.
Bizim.Media Əfqanıstanın “Ariana News” televiziya kanalına istinadla xəbər verir ki, Nouşera şəhəri yaxınlığındakı Pakistan hərbi bazasına hücum edilib.
Xatırladaq ki, dünən axşam saatlarından etibarən Pakistan və Əfqanıstan Silahlı Qüvvələri arasında toqquşmalar başlayıb.
Əməliyyatlar altı sərhədyanı əyaləti əhatə edib. Pakistan tərəfinin məlumatına görə, Əfqanıstanın azı 133 hərbi qulluqçusu həlak olub, 200-dən çoxu yaralanıb. Əfqanıstan Müdafiə Nazirliyi isə Pakistanın 15 hərbi məntəqəsinin ələ keçirildiyini açıqlayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta