AZ

Gürcüstanlı qapıçı “Liverpul”da narazıdır

“Liverpul”un qapıçısı Giorgi Mamardaşvili  komandada ehtiyat qolkiper rolundan narazıdır.

İdmanxeber.az-ın məlumatına görə, gürcüstanlı futbolçu qarşıdakı yay transfer pəncərəsində icarəyə getmək variantını nəzərdən keçirir. Mersiysayd təmsilçisi artıq qapıçının durumundan xəbərdardır.

Mənbənin məlumatına əsasən, “Liverpul” 25 yaşlı qapıçını klubun gələcək əsas qolkiperi kimi görür.

Hazırda komandanın əsas qapıçısı olan Alisson Becker ilə müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.

Cari mövsümdə Mamardaşvili bütün turnirlərdə 11 oyunda iştirak edib. O, bu görüşlərin 3-də qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla mövcud müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Seçilən
9
idmanxeber.az

1Mənbələr