Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Memorial Kompleksinin Xocalı şəhərində açılışı çox mühüm tarixi hadisədir. Bir o qədər də önəmli Prezident İlham Əliyevin açılış mərasimində dünya və yerli ictimaiyyətə verdiyi mesajlar idi. Məlum oldu ki, Kompleksin layihəsi müharbədən əvvəl hazır idi və onun Bakıda inşa olunması planlaşdırılmışdı. Lakin Prezidentin inamı bu abidənin azad Xocalıda qurulacağına idi və bu inam özünü doğrultdu. Həqiqətən də memorial Bakıda açılsa idi, bu daha çox simvolik xarakter dayışacaqdı, lakin bunun məhz Xocalıda açılması, faktiki suverenliyimizin və qələbəmizin mənəvi tamamlanması oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.
O bildirib ki, uzun illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” tələbi əvvəl döyüş meydanında, sonra Baki Hərbi Məhkəməsində və nəhayət Xocalıda soyqırımı kompleksini inşa etməklə bərqərar oldu. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Bəli, biz Ermənistanın xalqımıza qarşı törətdiyi bəşəri cinayətləri heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq.